Milli Aerokosmİk Agentlİyİn Ekologİya İnstİtutunun dİrektoru BDU tələbələrİnə ustad dərsİ keçİb

477
0
Share:
Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutunun direktoru, professor Bəhram Əliyev Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində “Ekologiyanın müasir problemləri və onların həlli yolları” mövzusunda ustad dərsi keçib.
Ustad dərsində dünyanı və respublikamızı narahat edən əsas ekoloji problemlər, onların yaranma səbəbləri və həlli yollarından danışılıb. Həmçinin müasir ekologiyanın strukturu, qlobal iqlim dəyişikliyinə antropogen amillərin təsiri, torpağın deqradasiyası və çirklənməsi, səhralaşma və onun səbəbləri, Azərbaycanın su ehtiyatlarından səmərəli istifadə yollarına dair konseptual təkliflər, ərzaq təhlükəsizliyi və Azərbaycanda bu probleminin həlli yolları, ekocoğrafi idarəetmə proseslərinin əsas xüsusiyyətləri, sistemli yanaşmanın üstünlükləri, atmosfer, hidrosfer və litosferə antropogen təsirlər, ətraf mühitin bioloji çirklənməsi, elektromaqnit sahəsinin və şüalanmanın canlı orqanizimlərə təsiri, kosmik fəaliyyətlərdən çirklənmə, su mühitində çirkləndiricilərin bərpasının normalaşdırılması, neftlə çirklənmə, ekoloji təhlükəsizlik və idarəetmə, ölkənin əsas ekoloji problemləri, ətraf mühitin ekoloji monitorinqinin konsepsiyası, ekoloji menecmentliyin səmərəliliyi və ekoloji audit barədə geniş məruzə edilib.
Sonra tələbə və magistrantların qeyd olunan aktual istiqamətlər üzrə sualları cavablandırılıb. Ustad dərsinin sonunda professor Bəhram Əliyevin həmmüəllifi olduğu “Основы экологических проблем в Азербайджане и пути их решения” dərs vəsaitinin təqdimatı edilib.
Share: