MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ YENİ TEXNOLOGİYALARIN İNKİŞAFINA DƏSTƏK İCTİMAİ BİRLİYİ İLƏ GÖRÜŞ

344
0
Share:

11 oktyabr 2023-cü il tarixində Milli Aerokosmik Agentliyində Yeni Texnologiyaların İctimai Birliyi ilə tanışlıq tədbiri təşkil olunmuşdur. MAKA-nın baş direktoru, professor Natiq Cavadovun rəhbərliyi ilə keçirilmiş tədbirdə MAKA-nın əməkdaşları ilə yanaşı ictimai birliyin sədri Ceyhun Xəlilov və baş konstruktor Pərviz Ağayev də iştirak etmişdir.

Görüş zamanı Yeni Texnologiyaların İctimai Birliyinin əmək fəaliyyətindən bəhs edən elektron təqdimat nümayiş olunmuşdur. Daha sonra tədbir nümayəndələrin qarşılıqlı söhbəti və fikir mübadiləsi şəklində davam etmişdir. 

Sonda MAKA-nın baş direktoru, professor Natiq Cavadov qonaqlara agentliyin kollektivi adından təşəkkürünü bildirərək, gələcəkdə birgə fəaliyyət göstərməkdən də məmnun olduqlarını çıxışı zamanı vurğuladı.

Share: