2-6 oktyabr 2023-cü ildə Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresində Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutundan 2 əməkdaş və Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun (ETAİİ) 1 əməkdaşı məruzə ilə çıxış etmişdir. Ekologiya İnstitutunun “Təbii dağıdıcı və səhralaşma proseslərinin monitorinqi” şöbəsinin əməkdaşı Ağayeva Kəminə Bəxtiyar qızı, “İqlim və atmosferin optik monitorinqi” şöbəsinin əməkdaşı İsmayılov Fazil İsmayıl oğlu və ETAİİ-dan “İnnovasiya texnologiyaları və aerokosmik sistemləri” şöbəsinin rəisi Şanə Cahidzadə konqresdə təqdimat şəklində məruzə etmişlər.