27 sentyabr 2023-cü il tarixində Milli Aerokosmik Agentliyində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olan Anım günü qeyd olunmuşdur.
Tədbirdə şəhid Zeynalov Nurlan Rəfail oğlunun ailə üzvləri və MAKA-nın çox saylı əməkdaşları iştirak etmişdir. Əvvəlcə tədbir iştirakçıları tərəfindən MAKA-nın inzibatı ərazisində yerləşən Agentliyin Vətən müharibəsində şəhid əməkdaşlarının xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksinin qarşısına gül dəstələri düzülmüşdür.
MAKA-nın baş direktoru, professor Natiq Cavadov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən, tarixi ədalətin bərpa edilməsindən geniş söz açdı.
Sonda şəhidlik zirvəsinə ucalmış vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.