BİRGƏ TƏDQİQATLAR DAVAM EDİR

343
0
Share:
Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu arasındakı əməkdaşlıq razılaşmasına əsasən Ekologiya institutunun Nanotexnoloji tədqiqatlar şöbəsinin rəisi Nəsimi Kazımov, mühəndis Lamiyə İsmayılova və elmi işçi Hicran Əhmədova institutun Zərdabi Adına Elmi Təcrübə Bazasında yerləşən təcrübə sahələrində olublar. Tədqiqatçılar onlar üçün ayrılmış sahədə 2023-cü il üçün olan elmi-tədqiqat işlərini başa çatdırıblar. Belə ki, tədqiqatçılar nanohissəciklərdən istifadə edərək “Golden Delişes” alma sortunun məhsuldarlığının artırılması məqsədilə iki il ərzində aparılan tədqiqat işinin nəticəsində uğurlu nəticə əldə ediblər.
Share: