MAKA-da YANĞIN-TEXNİKİ MÜAYİNƏ İLƏ BAĞLI TƏLİM KEÇİRİLMİŞDİR

253
0
Share:

13.09.2023-cü il tarixdə Müdafiə Sənayesi Nazirliyinin Əməyin mühafizəsi şöbəsinin əməkdaşlarının – baş məsləhətçi Elçin İsgəndərovun, İstehsalatda təhlükəsizliyə nəzarət və yanğından mühafizə sektorunun  böyük məsləhətçisi Sozalı Əfəndiyevin, Milli Aerokosmik Agentliyi aparatının əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə üzrə baş mütəxəssis Mahir İmaməliyevin və tabe təşkilatların sahə üzrə məsul rəhbər işçilərinin və mühəndislərinin birgə iştirakı ilə Milli Aerokosmik Agentliyinin aparatında və tabe təşkilatlarında yanğın-texniki müayinə keçirilmişdir. 

Müayinə zamanı MAKA aparatının və tabe təşkilatların sahə üzrə və mühəndis-texniki işçiləri ilə birgə mövcud yanğına qarşı vəziyyət qiymətləndirilmiş, bütün sahələrdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün müəyyən məlumatlar və tapşırıqlar verilmişdir.

Eyni zamanda inzibati binada və digər sahələrdə yanğın zamanı davranış qaydaları, marifləndirmə məqsədilə ilkin yanğınsöndürmə vasitələrindən əyani olaraq istifadə qaydaları haqqında ətraflı məlumat verilmiş, maraqlandırılan suallar Nazirliyin əməkdaşları tərəfindən cavablandırılmışdır. O cümlədən ərazinin təhlükəsiz yerində süni alov-yanğın yaradılmış və bir ədəd “Quru Kimyəvi Toz” tərkibli odsöndürmə balonunun vasitəsilə alov söndürülmüş və müəyyən təlimatlandırma işləri aparılmışdır.

Sonda MAKA aparatnın əməyin mühafizəsi üzrə baş mütəxəssisi Mahir İmaməliyev maarifləndirmə tədbirinə gərə Nazirliyin əməkdaşlarına rəhbərlik adından minnətdarlığını bildirmişdir. 



Share: