13 sentyabr 2023-cü il tarixində Türkiyə Respublikasının Qazi Universitetinin Texnoloji fakültəsinin İstehsal mühəndisliyi kafedrasının müdiri prof. Dr İhsan Korkutun və həmin fakültənin Məsləhət şurasının üzvü, Has-El texnika və müdafiə sistemləri üzrə istehsalçı firmanın sahibi Levent Yıldız Milli Aerokosmik Agentliyində səfərdə olmuşdur.
Səfərdə müdafiə sənayesi sahəsində elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi məqsədilə Milli Aerokosmik Agentliyi ilə Qazi Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanmışdır.