Məlum olduğu kimi avqustun 30-da Türkiyənin paytaxtı Ankarada ilk dəfə dünyanın ən böyük aerokosmik və texnologiya festivalına – “Texnofest 2023”-ə start verilib. Qeyd edək ki, “Texnofest” milli texnologiyaları inkişaf etdirməyi hədəfləyən Türkiyə Texnologiya Komandası (Türkiyə Texnoloji Takımı – T3 Vakfı) ilə ölkənin Sənaye və Texnologiya Nazirliyinin birgə təşkil etdiyi ilk və yeganə festivaldır.
Tədbirdə bəzi qurumlar və ali təhsil müəssisələri maraqlı tərəf kimi çıxış edirdi.
Belə ki, Milli Aerokosmik Agentliyin bir əməkdaşı “Uçuş aparatlarının layihələndirilməsi və kompleksləşdirilməsi” şöbəsinin rəisi Əliağa Elşən oğlu Sahibcanov bu festivala ezam olunmuşdur. Ezamiyyət zamanı Türkiyə Respublikasının müxtəlif şirkətlərinin, təhsil müəssisələrinin nümayəndələri ilə görüşmüş və informasiya mübadiləsi aparmışdır. Bundan əlavə sərgidə nümayiş edilən pilotsuz uçuş aparatları, robot texnikası, proqram təminatları ilə tanış olaraq, gənc tədqiqatçılarla gələcəkdə müştərək layihələrin həyata keçirilməsinin prespektivləri barədə müzakirələr aparılmışdır.