Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə 24 avqust 2023-cü il tarixində Milli Aerokosmik Agentliyində növbəti qanvermə aksiyası keçirilmişdir.
Bu xeyirxahlıq çağırışına qoşulan Agentliyin əməkdaşları donorluq aksiyasında qan veriblər. Həkim-hemotoloqlar tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti yoxlandıqdan sonra onlardan qan götürülmüşdür.
Qeyd edək ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiyada Milli Aerokosmik Agentliyin əməkdaşları hər il iştirak edirlər. Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.