27-31 iyul və 08-12 avqust 2023-cü il tarixlərində Milli Aerokosmik Agentliyinin 58 əməkdaşı Həmkarlar İttifaqı Təşkilatının təşkilatçılığı ilə İsmayıllı rayonunda yerləşən 4 ulduzlu “Qaya” İstirahət Mərkəzində istirahəti təşkil olunmuşdur.
4,5 günlük qısamüddətli yay istirahəti müddətində istirahət edən MAKA-nın əməkdaşlarını Azərbaycanın qədim tarixi və mədəniyyəti ilə yaxından tanış etmək məqsədilə Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşən Lahıc qəsəbəsinə, Lahıc şəlaləsinə, Qəbələ rayonundakı Yeddi gözəl şəlaləsinə, Nohurgölə, İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşən VI-VII əsrlərin yadigarı olan Cavanşir qalasına, dünyada bənzəri olmayan öz gözəlliyini və əzəmətini bu gün də qoruyub saxlayan Şəki Xan Sarayına, qədim Karvansaraya təşkil edilmiş ekskursiyalar istirahət edənlərdə əvəzolunmaz təəssüratlar yaratmışdır.
Beş günlük istirahət zamanı işçilərimizə göstərilən diqqət və qayğı onların əhval-ruhiyyəsinin yüksəlməsi ilə yanaşı həm də əmək fəaliyyətlərinin artmasına səbəb olmuşdur.
“Qaya” İstirahət Mərkəzində istirahət edən işçilər böyük razılıq və minnətdarlıq hissi ilə xoş və zəngin təəssüratlarla dolu istirahətin təşkilatçılarına, xüsusilə Müdafiə Sənayesi Nazirliyinin Rəhbərliyinə, eləcə də, Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə öz təşəkkürlərinin bildirdilər.