21.06.2023-cü il tarixində Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov və agentliyin əməkdaşları ilə birlikdə görkəmli alim, dövlət xadimi Tofiq İsmayilovun 90 illik yubileyi münasibətilə Fəxri Xiyabanda akademikin məzarını ziyarət etmişdilər.
Ziyarət iştirakçıları görkəmli akademikin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə əklil və gül dəstələri qoydular.
MAKA-nın baş direktoru, professor Natiq Cavadov akademik Tofiq İsmayılov haqqında öz xatirələrini bölüşərək, kosmik elm və texnologiyaların Azərbaycan elmi mühitində formalaşmasında və mükəmməlləşməsində əvəzedilməz xidmətlərindən geniş söz açdı.
Daha sonra akademikin məzarı ətrafında ailəsi ilə birlikdə xatirə şəkli çəkildi.