ETİK DAVRANIŞ QAYDALARI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

652
0
Share:

Milli Aerokosmik Agentliyi aparatında 19 iyun 2023-cü il tarixində Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi, eləcə də tabeli birlik və müəssisələrində etik davranış qaydalarının uyğunluğuna nəzarət və onun təhlilini aparan məsul şəxslərin iştirakı ilə tədbir keçirildi. 

Tədbiri giriş sözü ilə açan Müdafiə Sənayesi Nazirliyinin aparat rəhbəri cənab Zaur Əliyev bildirdi ki, etik davranış qaydalarının gözlənilməsinə təyin edilmiş məsul şəxslər tərəfindən fərdi profilaktiki və izahedici xarakterli söhbətlərin aparılması və işlərin görülməsi ilə yanaşı, rəhbər, mühəndis, texniki işçilər, digər qulluqçular və fəhlələrdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə tədbirlərinin, mühazirələrin, treninqlərin keçirilməsinə şəraitin yaradılması davam etdirilməli, eyni zamanda bu sahədə nəzarət tədbirləri gücləndirilməlidir. 

Müdafiə Sənayesi Nazirliyinin Hüquq şöbəsinin müdiri Elşən Həsənov “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli, 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın icrası ilə əlaqədar ətraflı məlumat verərək dövlət orqanlarında etik davranış qaydalarına daha ciddi riayət edilməsi, rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məsələlərinə aydınlıq gətirdi.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq tabeli birlik və müəssisələrdə etik davranış qaydalarının və prinsiplərin pozulması təhlükəsini yaradan risklərin və təhdidlərin mövcudluğu, dairəsi və aradan qaldırılmasına yönəlmiş zəruri tədbirlərin görülməsi məsələləri müzakirə edildi.

 

Share: