QANUNÇULUĞA RİAYƏT OLUNMASININ DAİM DİQQƏTDƏ SAXLANILMASI, İDARƏÇİLİKDƏ OPTİMALLIĞIN VƏ SƏMƏRƏLİLİYİN ARTIRILMASININ TƏMİN OLUNMASI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

361
0
Share:

13 iyun 2023-cü il tarixində Milli Aerokosmik Agentliyi aparatının struktur bölmələrinin rəhbərləri, tabe təşkilatların direktorları və digər idarəetmə strukturlarının rəhbərlərindən ibarət tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Milli Aerokosmik Agentliyin baş direktorunun rejim və təhlükəsizlik üzrə müavini Nazim Əliyev bildirdi ki, təşkilatdaxili idarəetmə münasibətləri idarəçilik sisteminin təşkil edilməsi, onun bölmələri arasında qarşılıqlı əlaqələrin əsasının müəyyən edilməsi, idarəetmə orqanlarının əməkdaşları arasında vəzifə, hüquq və məsuliyyətlərin bölüşdürülməsi ilə əlaqədar yaranan münasibətlərdir. 

Təşkilatların idarəolunması ilə əlaqədar təsis edilən vəzifələr direktorlar, onların müavinləri və şöbə rəisləri səlahiyyətli şəxslər hesab olunurlar. Müəssisələrin, eləcə də struktur bölmələrinin rəhbərləri xidməti fəaliyyətlə bağlı öhdəliklərini yerinə yetirməklə yanaşı, tabeçiliyində olan işçilərin əmək fəaliyyətinin təhlil edilərək qiymətləndirilməsi, mənəvi-psixoloji vəziyyətinin öyrənilməsi, etik davranış qaydalarının və işgüzar münasibətlərin xüsusi metod və vasitələrdən istifadə etməklə normal şərtlər əsasında qurulması bir funksiya kimi onların vəzifə səlahiyyətlərinə daxil edilmişdir. 

Milli Aerokosmik Agentliyinin baş hüquq məsləhətçisi Səbuhi Abdullayev “Qanunçuluğa riayət olunmasının daim diqqətdə saxlanılması, idarəçilikdə optimallığın və səmərəliliyin artırılmasının təmin olunması ilə bağlı” ətraflı məlumat verdi.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən idarəetmə metodların tətbiqi zamanı mövcud problemlərin təhlil olunaraq araşdırılması, qərar layihələrinin hazırlanması, müzakirəsi və ekspert rəyinin verilməsi, aidiyyəti şəxslərlə razılaşdırılması, eləcə də hüquqi qiymət verilərək təsdiqi məsələləri müzakirə edildi. 

Share: