1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ

398
0
Share:

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun 2023-cü il tarixində Milli Aerokosmik Agentliyində tədbir keçirilmişdir. Tədbirdə MAKA-da çalışan əməkdaşların azyaşlı övladları iştirak etmişdir. 

İlk öncə tədbir MAKA-nın inzibati ərazisində yerləşən Vətən müharibəsində şəhid olmuş əməkdaşların xatirəsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksinin ziyarəti ilə başlandı. Daha sonra akt zalında MAKA rəhbərliyinin və uşaqların birgə ifası ilə Azərbaycan Respublikasının Dövlət Himni oxundu.

MAKA-nın baş direktoru, professor Natiq Cavadov tədbiri açıq elan edərək, rəsm sərgisində iştirak etmiş uşaqların hər birini təbrik edərək, onlara təşəkkürnamə və məktəb ləvazimatları hədiyyə etdi.

Share: