ÜMUMDÜNYA AVİASİYA VƏ KOSMONAVTİKA GÜNÜ

714
0
Share:

 

12 aprel 2023-cü il tarixində Milli Aerokosmik Agentliyində “Ümumdünya Aviasiya və Kosmonavtika günü” ilə bağlı tədbir keçirilmişdir. İlk öncə MAKA-nın baş direktoru, professor Natiq Cavadov və agentliyin əməkdaşları inzibati binada yerləşən “Tofiq İsmayılov adına kabinet muzeyini ziyarət etdilər. Tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MAKA-nın baş direktoru, professor Natiq Cavadov tədbiri açıq elan edərək bu münasibətlə əməkdaşları təbrik etdi və Azərbaycanda kosmik sahənin inkişafı haqqında danışdı. Baş direktorun 1-ci müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanov kosmonavtikanın tarixindən söz açdı. Daha sonra, tədbir iştirakçıları görkəmli alim, dövlət xadimi Tofiq İsmayılov və akademik Arif Mehdiyevin məzarlarını ziyarət etdilər.

Share: