Milli Aerokosmik Agentliyinin tabeliyində olan Ekologiya İnstitutun direktoru professor Bəhram Əliyev tərəfindən tərtib olunmuş “Xəzər dənizinin Azərbaycan akvatoriyasının, eləcə də sahilyanı ərazilərinin çirklənmə dinamikasının öyrənilməsi və onun biomüxtəlifliyə təsirinin tədqiqi” adlı beynəlxalq səviyyəli proqramın və layihənin təqdimatı keçirildi.
Təqdimatda ilk öncə Bəhram Əliyev çıxış etdi. B.Əliyev çıxışında Respublikamızın əsas ekoloji problemlərindən, onların yaranma səbəblərindəm və həlli yollarından danışdı. Respublikamızın əsas ekoloji problemlərindən biri də Xəzər dənizinin çirklənməsi olduğuna görə belə bir mövzuda layihənin işlənməsi çox aktualdır və günün tələblərinə cavab verir.
“Xəzər dənizinin Azərbaycan akvatoriyasının, eləcə də sahilyanı ərazilərinin çirklənmə dinamikasının öyrənilməsi və onun biomüxtəlifliyə təsirinin tədqiqi” adlı layihəni Ekologiya İnstitutunun “Xəzərin və su hövzələrinin aerokosmik monitorinqi” şöbəsinin rəis müavini Türkan Əmirova təqdim etdi.
Layihənin sifarişçisi – Qərbi Kaspi Universiteti.
Layihənin icraçıları –“Xəzər” Elm Mərkəzi və Milli Aerokosmik Agentliyin nəzdində olan Ekologiya İnstitutu.