ABŞERON MİLLİ PARKINA EKSKURSİYA

249
0
Share:

8 aprel 2023-cü il tarixində Milli Aerokosmik Agentliyi Həmkarlar İttifaqı Təşkilatının təşkilatçılığı ilə Abşeron Milli parkına ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı Agentliyin əməkdaşları “Şah dili” marşrutu ilə hərəkət etmişlər. Ekskursiya iştirakçıları, Abşeron Milli Parkının əməkdaşları tərəfindən dəniz sahili, su-bataqlıq ərazisi, yarımsəhra landşaftı, yovşan, or sarmaşığı, yabanı kük, adi qamış, iti cığ və s. bitki növləri, su bataqlıq quşları (qaşqaldaq, bizquyruq, qarabatdaq, ördəkkimilər və s.), Xəzər tısbağası, su ilanı və s. heyvanları, “Qırmızı kitaba”a daxil olan Xəzər suitisi, ceyran, adi soltanquş, ağgöz qaraördək, adi flaminqo, kürən vağ, qıvrımlələk qutan və s. növlər haqqında ətraflı məlumat aldılar.   

Share: