ELMİ TƏDQİQAT AEROKOSMİK İNFORMATİKA İNSTİTUTUNDA “GÜNƏŞ ENERJİSİ: İNKİŞAF VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA BEYNƏLXALQ TƏLİM KEÇİRİLMİŞDİR

577
0
Share:

Elmi Tədqiqat Aerokosmik informatika İnstitutunda (ETAİİ) “Alternativ energetika” şöbəsinin əməkdaşları və digər uyğun sahə mütəxəssislərinin iştirakı ilə “Günəş enerjisi: inkişaf və perspektivlər” mövzusunda beynəlxalq təlim keçirilmişdir. Təlim günəş enerjisi üzrə tanınmış alim, Almaniyada 30 illik iş təcrübəsi olan, hal-hazırda Suntime Yenilenebilir Enerji Almaniya-Türkiyə ortaq şirkətinin rəhbəri, beynəlxalq ekspert Prof. Dr. Ayşe Özkan tərəfindən aparılmışdır. 

Təlim zamanı alternativ enerjidən, o cümlədən günəş enerjisindən istifadənin inkişafı tarixi, müasir vəziyyəti, gələcək perspektivləri, qanunlar, texnologiya və texnikalar, təlim və marketinq məsələləri əhatəli şəkildə izah edilmişdir. Təlimin sonunda ETAİİ və Suntime Yenilenebilir Enerji Almaniya-Türkiyə ortaq şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Share: