ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR

618
0
Share:

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Milli Aerokosmik Agentliyində yubiley tədbirlərinə start verilib. 

Bu münasibətlə 20.02.2023-cü il tarixində belə silsilə tədbirlərdən biri də qeyd olundu. Tədbir Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başladı. Daha sonra isə MAKA-nın baş direktoru, professor Natiq Cavadov dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü əvəzolunmaz xidmətlərindən söz açdı və belə tədbirlərin davamlı olacağını qeyd etdi.

Share: