MİLLİ AEROKOSMİK AGENTLİYİ APARATINDA HÜQUQİ MAARİFLƏNDİRMƏ İLƏ BAĞLI İCLAS (TREİNİNQ) KEÇİRİLDİ

1047
0
Share:

Tədbirdə Müdafiə Sənayesi Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi Günel Xasayeva, Milli Aerokosmik Agentliyinin struktur bölmələrinin rəhbərləri, həmçinin tabe təşkilatların direktorları və digər məsul əməkdaşlar iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Milli Aerokosmik Agentliyin baş direktorunun rejim və təhlükəsizlik üzrə müavini Nazim Əliyev bildirdi ki, qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qaydalara əməl olunması təşkilatlarda çalışan hər bir işçi tərəfindən öyrənilməli və riayət olunmalıdır.

Dövlət müəssisələrində çalışan hər bir işçi əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməli, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamalı, müvafiq etik prinsipləri və davranış qaydalarını öz fəaliyyətində rəhbər tutmalıdır.

Milli Aerokosmik Agentliyinin baş hüquq məsləhətçisi Səbuhi Abdullayev “Etik davranış qaydalarının təşkili, izahı və fərdi maarifləndirmə işlərinin qeydiyyatı” haqqında ətraflı məlumat verdi.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq rəhbər və məsul şəxslər arasında “Etik davranış qaydalarının təşkili, izahı və qeydiyyatı”nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və bu sahədə maarifləndirmə işlərinin davamlı olaraq aparılması imkanları müzakirə edildi. 

Share: