13-15 fevral 2023-cü il tarixlərində Bakı şəhərində “Sabahın alimləri” XII Respublika Müsabiqəsi keçirilir. “Sabahın alimləri” Respublika Müsabiqəsində ölkə üzrə IX-XI sinif şagirdlərinin elmi-tədqiqat layihələri dəyərləndirilir.
Müsabiqəyə 8 istiqamət – fizika və astronomiya, tibb və sağlamlıq, kompüter elmləri, riyaziyyat, kimya, mühəndislik, biologiya, ekologiya/ətraf mühitin idarə olunması üzrə daxil olmuş 163 layihə qəbul edilib. Ən çox layihə sayı isə 37 olmaqla mühəndislik bölümünə daxil olmuşdur. Qeyd edək ki, müsabiqənin mühəndislik bölməsində layihələrin qiymətləndirilməsində Milli Aerokosmik Agentliyinin baş direktorunun müavini, texnika elmləri doktoru Fuad Məmmədov iştirak edirdi.