MAKA-da ELMİ SEMİNAR KEÇİRİLMİŞDİR

383
0
Share:

08 fevral 2023-cü il tarixdə Milli Aerokosmik Agentlikdə ETN-nin İdarəetmə Sistemləri İnstitutu və BDU-nin Tətbiqi Riyaziyyat İnstitutu ilə birgə elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan MAKA-nın baş direktoru, professor Natiq Cavadov ETN-nin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasovu, BDU-nin Tətbiqi Riyaziyyat İnstitutunun direktoru akademik Fikrət Əliyevi, qonaqları və seminar iştirakçılarını salamlayaraq bu gün üçün aktual olan PUA-nın idarəetmə sistemlərinin işlənməsi məsələləri haqqında ətraflı məlumat verdi. Professor Natiq Cavadov qeyd edilən mövzunun əsas istiqamətlərinin nəzəri və tətbiqi cəhətdən MAKA-da işlənildiyini və bu işdə birgə olaraq ETN-nin İdarəetmə Sistemləri İnstitutu ilə BDU-nin Tətbiqi Riyaziyyat İnstitutunun iştirakını qarşılıqlı razılaşma əsasında yerinə yetirildiyini bildirdi. Seminarda məruzəçi qismində iştirak edən ETN-nin İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Paşayev PUA-nın idarəetmə sistemləri haqqında ətraflı məlumat verdi. Mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparıldı və sistemin təkmilləşdirilməsi istiqamətində təkliflər səsləndi.

Share: