Müdafiə Sənayesi Nazirliyi və Milli Aviasiya Akademiyası alimlərinin həmmüəllif olduqları “Экоэтика” adlı kitab rus dilində çapdan çıxmışdır.
Kitabda təqdim olunan müasir elmi istiqamət haqqında geniş nəzəri məlumatlar verilmiş, həmçinin respublikamızın xalq təsərrüfatı kompleksi üçün kadrların hazırlanması və ixtisaslarının artırılmasına dair elmi məsələlər geniş şərh edilmişdir. Dərslikdə eyni zamanda ekologiyanın əsasları, ekoloji təhlükəsizlik, tətbiqi ekologiya və ekoloji mühəndislik məsələləri geniş elmi spektrdə izah edilmişdir.
Təqdim olunan kitab bu elm sahəsi üzrə ölkəmizdə ilk akademik nəşrdir.
Kitabın elmi redaktoru Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Baş direktoru, Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, professor N.H.Cavadov, rəyçilər AMEA-nın müxbir üzvü, professor A.M.Məmmədov, professor H.H.Əsədov, professor K.R.Allahverdiyevdir.
Kitab əsasən ekoloqlar, elmi-tədqiqat işçiləri, magistr və doktorantlar üçün nəzərdə tutulmuşdur.
Bu il ərzində kitabın azərbaycan, türk və inglis dillərinə tərcümə edilərək çap olunması nəzərdə tutulub.