MİLLİ AEROKOSMİK AGENTLİYİ İLƏ AZƏRBAYCAN MÜHƏNDİSLİK AKADEMİYASININ BİRGƏ SEMİNARI KEÇİRİLMİŞDİR

102
0
Share:

24 yanvar 2023-cü il tarixdə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi ilə Azərbaycan Mühəndislik Akademiyası ilə birgə Heydər Əliyev ilinə həsr olunmuş elmi seminar keçirilmişdir. Seminar “Kosmik təsvirlərin emalında GİS texnologiyaları” mövzusuna həsr olunmuşdur. Mövzu ilə bağlı professor Əhəd Canəhmədov və professor Tofiq Süleymanov ətraflı çıxış etdilər. Tədbirdə, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev ilə Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov arasında elm, təhsil və texnologiya sahəsində əməkdaşlıq üzrə müqavilə imzalanmışdır. Müqavilə tərəflər arasında birgə elmi-tədqiqat işləri, qarşılıqlı əməkdaşlıq, innovativ layihələrin həyata keçirilməsi, təhsil proqramları, professor-müəllim mübadiləsi və digər məsələləri özündə ehtiva edir. Tədbirdə həmçinin, Professor Əhəd Canəhmədova Ankara şəhərində yerləşən Türk dünyası araşdırmaları beynəlxalq elmlər akademiyasının qərarına əsasən, akademiyanın həqiqi üzvü diplomu və beynəlxalq qızıl ulduz medalı təqdim olunmuşdur.



Share: