20 Yanvar faciəsinə həsr olunmuş tədbİr keçİrİlmİşdİr

73
0
Share:

MAKA-da 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. İlk öncə, qeyd edilən faciədə həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra, tədbiri giriş sözü ilə açan MAKA-nın baş direktoru, professor Natiq Cavadov qeyd etdi ki, 20 Yanvar xalqımızın tarixində təkçə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş edilmişdir.

Share: