14 dekabr 2022-ci il tarixdə Milli Aerokosmik Agentliyi ilə Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti arasında elmi-texniki əməkdaşlığa dair memorandum imzalanmışdır. Qeyd edilən memorandum MAKA-nın baş direktoru, professor Natiq Cavadov və Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev tərəfindən imzalanmaqla, tərəflər arasında elmi-tədqiqat, kadr hazırlığı, hərbi-kosmik sənaye məsələlərinin birgə araşdırılması və digər aktual problemlərin həllini özündə ehtiva edir. Görüşdə Milli Müdafiə Universitetinin Elmi-Tədqiqat İnstitutunda və MAKA-da aparılan elmi-tədqiqatlar, elmi istiqamətlər, görülmüş işlər və alınmış nəticələr haqqında ətraflı məlumat verildi. Tədbirdə iştirak edən tərəflər arasında qarşılıqlı fikir mübadiləsi və qarşıda duran məsələlərin birgə həlli yolları müzakirə edildi.