Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə MAKA-nın baş direktoru professor Natiq Cavadov və işçi heyət ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoymuş və ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Milli Aerokosmik Agentliyin əməkdaşları Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət etmişlər.