Milli Aerokosmik Agentliyində (MAKA) təşkil olunan “korrupsiya hüquqpozmaları haqqında ümumi anlayış” adlı treninqdə agentliyin baş hüquq məsləhətçisi Səbuhi Abdullayev, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun və Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunun rəhbər və digər məsul əməkdaşları iştirak etdilər.
İclasda “Korrupsiya haqqında qanunvericiliyin tələbləri, bilavasitə korrupsiya hüquqpozmaları və vəzifəli şəxslərin korrupsiyaya şərait yaradan hüquqpozmalara dair mövcud normativ-hüquqi aktların tələbləri” haqqında ətraflı məlumat verildi.
Mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq işçilər arasında korrupsiya hüquqpozmalarına qarşı mübarizə sahəsi üzrə qanunvericilik aktlarının təşviq edilməsi, bu sahədə maarifləndirmə işlərinin davamlı olaraq aparılması imkanları müzakirə edildi.