2022-ci il 17-18 noyabr tarixlərində Bakı şəhəri, “Baku Marriot Boulevard Hotel”də “Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” mövzusunda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən tədbir keçirilmişdir. Tədbirdə Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin baş direktoru prof. Natiq Cavadov, Müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov həmçinin MSN-nin və MAKA-nın əməkdaşları iştirak etmişlər.
Tədbirdə 26 ölkənin 60-dan çox beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı ilə baş tutan toplantıda Azərbaycanın qarşılaşdığı mina problemlərinin işıqlandırılması, həmçinin sözü gedən problemlə bağlı müxtəlif metodoloji həllərin və yanaşmaların tətbiqi imkanlarının araşdırılması və öyrənilməsinə dəstək göstərmək məqsədi daşıyır. Beynəlxalq qurumlar və iştirakçılar arasında əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsinin aparılması ilə bağlı müzakirələr aparılmışdır.
Eyni zamanda azad edilmiş ərazilərdə mina təmizləmə işləri ilə məşğul olan dünyanın aparıcı şirkətlərinin istifadə etdiyi texnika və qurğularının sərgisidə təşkil olunmuşdur. Sərgidə Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadova, Müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədova və digər MSN-nin əməkdaşlarına ANAMA-nın mütəxəssisələri tərəfindən təqdim olunan texnika və qurğular haqqında ətraflı məlumatlar verilmiş və fikir mübadiləsi aparılmışdır.