18 noyabr 2022-ci il tarixdə MAKA rəhbərliyi Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun (TEKTİ) “Regional infrastruktur komponentlərinin eksperimental tədqiqi” şöbəsinin fəaliyyəti ilə tanış olmaq məqsədilə Qusar rayonuna ezam olunmuşlar. Səfərdə məqsəd, qeyd edilən şöbənin iş şəraiti, işçilərin elmi fəaliyyəti, sosial vəziyyəti və görülmüş işlər haqqında yerində tanış olmaq idi. MAKA-nın baş direktoru professor Natiq Cavadov və rəhbər heyət “Regional infrastruktur komponentlərinin eksperimental tədqiqi” şöbəsinin tam işçi heyətinin iş şəraiti ilə tanış oldu, onların apardıqları elmi-tədqiqat işlərini dinlədikdən sonra qarşılıqlı fikir mübadiləsi aparıldı. Professor Natiq Cavadov şöbənin işçilərinin sosial-iqtisadi durumunun yüksəldilməsi üçün TEKTİ rəhbərliyinə bir sıra tapşırıqlar verdi. Qeyd edək ki, şöbənin əsas fəaliyyət istiqaməti Qusar rayonu ərazisində atmosferin hidrometeroloji parametrlərinin təhlil edilərək məlumat bazasının yaradılmasıdır və şöbənin gələcək elmi istiqaməti isə atmosferdə baş verən iqlim dəyişikliklərinin kənd təssərrüfatına təsir mexanizminin araşdırılmasıdır.