VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ZEYNALOV NURLAN RƏFAİL OĞLUNUN ANIM GÜNÜ QEYD OLUNDU

75
0
Share:

 

17.11.2022-ci il tarixində Milli Aerokosmik Agentliyində Vətən müharibəsində şəhadətlik zirvəsinə ucalmış Zeynalov Nurlan Rəfail oğlunun anım günü qeyd olundu. MAKA-nın baş direktoru, professor Natiq Cavadov, agentliyin rəhbər işçiləri və kollektivi MAKA-nın inzibatı ərazisində yerləşən I və II  Qarabağ müharibəsində şəhid olmuş əməkdaşların xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər. Dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik  sükütla yad edilmişdir. 

Bundan əlavə MAKA-nın bir qrup əməkdaşı 44 günlük Vətən müharibəsində Şəhid olan Milli Aerokosmik Agentliyinin əməkdaşı Zeynalov Nurlan Rəfail oğlunun əbədiyyətə qovuşmasının ikinci ildönümü ilə əlaqədar, YAP Sabirabad rayon təşkilatının əməkdaşları, Sabirabad rayon İH Başçısı aparatının məsul işçiləri, rayon Veteranlar Şurasının üzvləri, şəhidin ailə üzvləri və yaxınlarının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi.

Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Milli Aerokosmik Agentliyində də şəhid Nurlan Zeynalovun anım günü münasibətilə tədbir keçirilmiş və onun adına ehsan verilmişdir.



Share: