Zəfər Bayramı

101
0
Share:

05.11.2022-ci il tarixində Milli Aerokosmik Agentliyində (MAKA) Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbirdə MAKA-nın baş direktoru, professor Natiq Cavadov, agentliyin rəhbər işçiləri və kollektivi iştirak etmişdir. İlk olaraq MAKA-nın inzibati ərazisində yerləşən I və II Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksi ziyarət edilmişdir. Tədbir Dövlət Himni səsləndirilməsi ilə açıq elan olundu, sonra isə  Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Milli Qəhrəmanı, Müdafiə Sənayesi naziri, cənab Mədət Quliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu oxundu və Zəfərimizdən sonra ilk dəfə Şuşada keçirilmiş “Xarıbülbül” Belnəlxalq Folklor festivalından və Cənab Prezident İlham Əliyevin Ağdamda ağdamlı ziyalılarla görüşündən qısametrajlı film nümayiş olundu.

MAKA-nın baş direktoru professor Natiq Cavadov öz çıxışında kollektivi təbrik edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılmış böyük Qələbədən danışaraq, Ulu Öndər Heydər Əliyevin ən ümdə vəsiyyətinin və hər bir azərbaycanlının arzusunun reallığa çevrilərək müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunması ilə xalqımızın Zəfər salnaməsinin yazıldığını vurğuladı. Müdafiə Sənayesi naziri, cənab Mədət Quliyevin müvafiq əmri ilə böyük Qələbənin ildönümü ilə bağlı MAKA-da çalışan Vətən müharibəsi veteranları və ailə üzvü şəhid olmuş işçilərin mükafatlandırıldığını qeyd etdi. 

Qeyd olundu ki, MAKA-nın 17 əməkdaşı I və II Qarabağ müharibəsində iştirak etmişdir. 

Tədbirin davamında Ekologiya İnstitutunun mütəxəssisi, Vətən müharibəsinin qazisi Ömər Əmiraslanova söz verildi. O, öz çıxışında tədbir iştirakçılarını Qələbəmiz münasibəti ilə təbrik edərək, müharibədə yaşadıqlarından söz açdı və hər bir Azərbaycan Əsgərinin bu Zəfərin Azərbaycan xalqına yaşatması üçün etdiyi fədakarlıqlarından danışdı. Sonra isə  Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun (ETAİİ) direktoru, professor Elçin İsgəndərzadə kollektivi təbrik edərək, əldə etdiyimiz Zəfərdən böyük sevinclə çıxış etdi və müəllifi olduğu “Qazi türküsü”, “Şükranlıq türküsü” şeirlərini tədbirdə səsləndirdi, həmçinin ETAİİ-nın dosenti Əli Mansumalı oğlu Əmirov da yazdığı “Atacan” adlı qəzəlini oxudu.

Rəsmi hissə bitdikdən sonra bədii hissəyə giriş verildi. Muğam ifaçıları Elgiz Əliyev və Könül Məmmədli öz ifaları ilə  tədbir daha da canlandırdı.

Share: