31.10.2022-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində “4-th International Conference on innovations in natural science an engineering” Beynəlxalq konfrans keçirilmişdir. Konfransda Polşa, Qazaxıstan, Özbəkistan, Ukrayna, Rusiya,Macarıstan, İtaliya və s.ölkələrinnümayəndələri iştirak edirdi.
Tədbirdə Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun “Nanotexnoloji tədqiqatlar” şöbəsinin rəisi fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nəsimi Kazımov ”Nanotexnologiyanın köməyi ilə fiziki-kimyəvi aşınmanın qarşısının alınması” və “Nanoquruluşların kənd təsərrüfatı bitkilərinə təsiri” adlı mövzular ilə çıxış edərək sertifikatla təltif olunub. Məruzəçi öz çıxışında nanohissəciklərin konsentrasiyası 100 mq/l-dən kiçik olduqda taxıl bitkisinin məhsuldarlığı artmasını və 100 mq/l-dən böyük konsentrasiyalarda isə taxıl bitkisinin inkişafının zəifləməsini bildirmişdir. Digər tərəfdən göstərilmişdir ki, nanotexnologiyanın köməyi ilə nanoborular əsasında alınan boyalar həm fiziki, həm də kimyəvi aşınmaya dözümlu olur və uzunömurlu olurlar. Mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.