Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyi tərəfindən təsis edilmiş “Xüsusi texnika və texnologiyalar” adlı məxfi elmi-tədqiqat işlərinin dərci üçün nəzərdə tutulan jurnalın ilk nömrəsinin təqdimatı keçirilmişdir. Jurnal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Mətbu nəşrlərin reyestrinə 11:11:2021-ci il, №4363 nömrəsi ilə daxil edilmişdir və MAKA-nın 24 iyun 2022-ci il tarixli, 19 saylı əmri ilə jurnalın nəşrinə icazə verilmişdir. Jurnal texnika elm sahəsinə aid olmaqla məxfi, innovativ elmi-tədqiqat işləri üzrə hazırlanan məqalələrin dərci üçün nəzərdə tutulmuşdur. Jurnalın redaksiya heyətinə respublikamızın bir sıra tanınmış alimləri, Müdafiə Sənayesi Nazirliyinin, nüfuzlu akademiyaların, universitetlərin və institutlarının rəhbər işçiləri və mütəxəssisləri cəlb olunmuşlar. Qəbul edilən hər bir məqalə redaksiya heyəti tərəfindən rəy verildikdən sonra çapa qəbul edilir. Jurnal ildə iki dəfə nəşr olunacaqdır.