MAKA-NIN XÜSUSİ KONSTRUKTOR TEXNOLOJİ BÜROSUNDA GÖRÜŞ KEÇİRİLMİŞDİR

100
0
Share:

Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru professor Natiq Cavadov  rəhbər heyətlə birlikdə 05 oktyabr 2022-ci il tarixində MAKA-nın tabeliyində olan Lənkəran şəhərindəki Xüsusi Konstruktor Texnoloji Bürosuna səfər etmişlər. Keçirilən toplantıda çıxış edən professor Natiq Cavadov əvvəlcə Müdafiə Sənayesi Naziri cənab Mədət Quliyevin salamlarını kollektivə çatdırdı, daha sonra, qarşıda duran cari məsələlər haqqında geniş məlumat verərək və bəzi həlli təxirə salınmaz işlərin yerinə yetirilməsi haqda göstərişlər vermişdir.

          Professor Natiq Cavadovun və eləcə də ezam olunmuş MAKA-nın digər əməkdaşlarının da bu səfərdə önəmli məqsədlərindən biri də  Vətən müharibəsində iştirak etmiş Xüsusi Konstruktor Texnoloji Bürosunun əməkdaşları ilə görüş olmuşdur. Baş direktor Natiq Cavadov MAKA-nın tabeliyində olan Lənkəran şəhəri Xüsusi Konstruktor Texnoloji Bürosunun əməkdaşı Vətən müharibəsi qazisi Xəyyam Balayev ilə görüş zamanı onun Müdafiə Sənayesi Naziri cənab Mədət Quliyevin birbaşa diqqətində olduğunu, onunla  qürur duyduğunu, daim xüsusi diqqət və qayğıda olacağını bildirmiş və bütün Azərbaycan xalqının öz qəhrəmanları ilə fəxr etdiyini vurğulamışdır.

Share: