“EZAMİYYƏ QAYDALARI HAQQINDA ÜMUMİ MƏLUMAT” MÖVZUSUNDA TRENİNQ TƏŞKİL OLUNMUŞDUR

164
0
Share:

Tədbiri giriş sözü ilə açan Milli Aerokosmik Agentliyin baş direktorunun rejim və təhlükəsizlik üzrə müavini Nazim Əliyev bildirdi ki, son dövrlərdə Milli Aerokosmik Agentliyin aparatında və tabe təşkilatlarda əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Milli Aerokosmik Agentliyin baş hüquq məsləhətçisi Səbuhi Abdullayev işçilərin ezamiyyə qaydaları, ölkədaxili və ölkəxarici ezamiyyələrin rəsmiləşdirilməsi, ezamiyyə vəsiqəsinin doldurulması və ezamiyyə əmrlərinin verilməsi haqqında ətraflı məlumat verdi. 

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq ezamiyyə zamanı tələb olunan sənədlərin, eləcə də əmr, yazılı göstərişlərin müəyyən edilmiş qaydalara uyğun tərtib olunması imkanları müzakirə edildi. Bununla yanaşı, işçiləri ezamiyyətə göndərən zaman nəzərə alınması vacib olan məqamlara toxunuldu.

Share: