İXTİSAS FƏNNLƏRİ ÜZRƏ DOKTORANTURAYA QƏBUL İMTAHANI KEÇİRİLDİ

224
0
Share:

Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov tərəfindən imzalanmış “Doktoranturaya qəbul imtahanlarının keçirilməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli, 24 nömrəli əmrə uyğun olaraq 28.09.2022-ci il tarixində Milli Aerokosmik Agentlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il üçün təsdiq olunmuş qəbul planı üzrə MAKA-nın doktoranturasına ixtisaslar (2426.01-Ekologiya, 3324.02- Yer kürəsinin aerokosmik tədqiqatları, fotoqrammetriya, 3324.07- Məsafədən aerokosmik tədqiqatlar, 3325.01-Radiotexnika, radionaviqasiya, radiolokasiya, televiziya sistemləri və qurğuları, 3328.01 – Xüsusi əməliyyatlar texnologiyası, 3337.01-İnformasiya-ölçmə və idarəetmə sistemləri, 3338.01-Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi, 3361.01-Bərk cisim elektronikası radioelektron komponentləri, mikro və nanoelek) üzrə qəbul imtahanı keçirildi. İmtahan komissiyasının sədri baş direktorun 1-ci müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanov, sədr müavini Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktoru, texnika elmlər doktoru, professor Fəxrəddin Ağayev, üzvlər isə Ekologiya İnstitutunun direktoru, texnika elmləri doktoru, professor Bəhram Əliyev, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun  şöbə rəisi, texnika elmləri doktoru, professor Hikmət Əsədov, MAKA-nın doktorantura və dissertantura üzrə baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Amidə Əliyevadır. Qeyd edək ki, MAKA üzrə doktoranturaya qəbul imtahanlarında 11 nəfər iştirak etmişdir.

Share: