09 Sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadovla Nigeriya Federativ Respublikasının Elm və Mühəndislik İnfrastrukturu üzrə Milli Agentliyinin sədr müavini, vitse-prezident Haruna Mohammed Sani, direktor, infrastruktur mühəndisi Agava Abdullahi Rasheed, direktor müavini Usman Kaisan Muhammad, direktor müavini, aparat rəhbəri Magaji Grace, xüsusi köməkçi Umar Abdulkarim, Nigeriya hərbi generalı Odunuga Olufemi Oduniyi, Nigeriya Aerokosmik Agentliyi direktorunun köməkçisi Tijjani İdris, Nigeriya hərbi nümayəndəsi Bala Huhu Jidere arasında görüş keçirilmişdir. Görüş zamanı bir sıra fikir mübadiləsi aparılmış və əsas məsələnin müzakirəsinə baxış keçirilmişdir. Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı 6-8 sentyabr 2022-ci ildə keçirilən ADEX-2022 – də iştirak edən qonaqlar öz məmmunluqlarını da bildirdilər. Görüşdə tərəflər arasında müdafiə təyinatlı məhsulların və PUA-ların birgə istehsal və xidmət göstərilməsi barəsində memorandum imzalandı. Bununla belə Azərbaycan və Nigeriya arasında qarşılıqlı əməkdaşlığın davam etdirilməsi qərara alınmışdır.