YAY MÖVSÜMÜNDƏ ƏMƏKDAŞLAR ÜÇÜN SƏMƏRƏLI ISTIRAHƏT TƏŞKIL EDILDI

680
0
Share:
Bu yay mövsümündə Milli Aerokosmik Agentliyinin 44 əməkdaşının 08.07.2022-ci il
tarixdən12.07.2022-ci il tarixədək İsmayıllı rayonunda yerləşən "Qaya" istirahət məkəzində
istirahəti təşkil edildi. İstirahət müddəti ərzində əməkdaşlar üçün İmayıllı rayonunun Lahıc
kəndinə, dəniz səviyyəsindən 1520 metr yüksəklikdə yerləşən hər tərəfi meşəıiklə əhatə edilmiş
Qara Nohur gölü yüksəkliyinə, Qəbələ rayonundakı Yeddi gözəl şəlaləsi ərazisinə və Nohur
gölü ətrafına maraqlı turist ekskursiyaları təşkil edildi. Əməkdaşlar təbiət qoynunda keçirdiyi 4-
5 günlük səmərəli və şən istirahətindən sonra yüksək əhval-ruhiyə ilə geri qayıtdılar.
"Qaya" istirahət mərkəzində dincələn Milli Aerokosmik Akentliyinin bütün əməkdaşları,
bu cür zəngin və maraqlı istirahətin təşkil edildiyi üçün Müdafiə Sənayesi Nazirliyinin
Rəhbərliyinə, eləcə də Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə xoş
təəssüratlarla görə böyük razılıq və minnətdarlıq hissi ilə, öz təşəkkürlərini bildirdilər.

Share: