TABE TƏŞKİLATLARDA HÜQUQİ MAARİFLƏNDİRMƏ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

58
0
Share:
Milli Aerokosmik Agentliyinin aparatında və tabe təşkilatlarda iş prosesində əmək qanunvericiliyinin və aidiyyəti normativ-hüquqi aktların tələblərinə əməl edilməsi, işçilər arasında qarşılıqlı münasibətləri tənzimləyən təşkilati-sərəncamverici sənədlərin, eləcə də əmr, yazılı göstərişlərin müəyyən edilmiş qaydalara uyğun tərtib olunması çərçivəsində hüquqi maarifləndirmə işinin səmərəli qurulması məqsədi ilə hazırlanmış tematik mövzular əsasında 2022-ci il üçün tədbirlər planı tərtib olunaraq təsdiq olunmuşdur. Təsdiq edilmiş tədbirlər planına əsasən bu günki mövzu “Məzuniyyət anlayışı və onun növləri” adlanır. Tədbirdə Müdafiə Sənayesi Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi Günel Xasayeva, Milli Aerokosmik Agentliyinin aparatından baş hüquq məsləhətçisi Səbuhi Abdullayev, Təbii Ehtiyyatların Kosmik Tədqiqi İnstitutunun direktoru Fəxrəddin Ağayev və tabe təşkilatların digər əməkdaşları iştirak edirlər. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq məzuniyyət anlayışı və onun növləri, məzuniyyətin müddətləri  və ondan istifadə qaydaları müzakirə edildi.
Share: