“STARTUP-2022” LAYİHƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILDI

307
0
Share:
MAKA-da ənənəvi olaraq keçirilən “Startup-2022” sayca 3-cü Startup layihəsidir. Bizim əsas missiyamız qloballaşan ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafına, elmi innovativ nailiyyətlərinə, eyni zamanda perspektivli gənclərinə dəstək verməkdir.Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində 13 yanvar 2022-ci il tarixindən etibarən “STARTUP 2022” layihəsinə start verilib. “STARTUP 2022”nin keçirilməsində başlıca məqsəd gənc işçiləri elmi innovativ layihələrə cəlb etmək, innovativ inkişaf sahəsində səmərəliliyi artırmaq, gənc novator kadrları aşkar etmək, gənclərin kreativ biznes ideyalarının inkişafına yaxından dəstək göstərmək, o cümlədən onların komanda şəklində işləməklərinə dəstək verməkdi.
Ümumi olaraq “Startup-2022” layihəsində 7 komanda iştirak edirdi:
TEKTİ-nin “ACELOGİC” , “ALPİN”, “ RaptorEyE”, komandaları, KCMKB-nin “Alien Community” komandası, Ekologiya İnstitutunun “Naviqasiya” və “Dinamit” komandaları, ETAİİ-nin “İnno Team” komandası. Ekspertlər qrupunun qərarına əsasən 7 komanda arasında qaliblər aşağıdakı kimi müəyyənləşmişdir.
 
1-ci yer – TEKTİ
Komandanın adı – Ace Logic
Layihənin adı – “Smart eynək”
 
2-ci yer – KCMKB
Komandanın adı –Alien Community
Layihənin adı – A.L.P
 
3-cü yer – Ekologiya
Komandanın adı – Naviqasiya
Layihənin adı –Şəbəkə və İnternet olmadan offline rejimdə naviqasiya xidmətinin təşkili
 
3-cü yer – TEKTİ
Komandanın adı – ALPİN
Layihənin adı – Döyüş zamanı strateji bölgələrə lojistik təminatın pilotsuz uçuş aparatı ilə   çatdırılması
Share: