14 aprel 2022-ci il tarixdə MAKA-da “Xüsusi Texnika və Texnologiya” adı altında təsis edilmiş yeni jurnalın redaksiya heyətinin ilk iclası keçirilmişdir. İclas zamanı redaksiya heyəti tərəfindən məxfiçilik şərtləri nəzərə alınmaqla jurnalın bölmələri, tərtibatı, məqalələrin qəbul edilməsi, rəylərin verilmə qaydaları və digər məsələlər müzakirə edilmişdir. Jurnalın redaksiya heyəti müdafiə sənayesi, hərbi, təhlükəsizlik, fövqəladə
hallar, texnika və texnologiya sahəsində çalışan tanınmış alim və mütəxəssislərdən ibarətdir. Təqdim edilən məqalələr qapalı şəkildə redaksiya tərəfindən qəbul edilərək rəyə göndəriləcək. Rəyçilərin rəyinə əsasən çap üçün nəzərdə tutulmuş məqalələr baş redaktor və redaksiya heyəti tərəfindən müzakirə edilərək çap ediləcək. Jurnalın nəşri ildə 2 dəfə nəzərdə tutulmuşdur.
Qeyd edilən jurnal 11 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə 4363 nömrəsi ilə daxil edilmişdir. Jurnal müdafiə sənayesi, təhlükəsizlik, silah sistemləri, xüsusi əməliyyatlar, taktiki vasitələr sahəsində aparılan məxfi elmi-tədqiqat işlərinin, işlənmələrin dərci üçün nəzərdə tutulmuşdur.