MILLI AEROKOSMIK AGENTLIYINDƏ ULU ÖNDƏR HEYDƏR ƏLIYEVIN ANADAN OLMASININ 99-CU ILDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBIR KEÇIRILDI

56
0
Share:
10 May 2022-ci il tarixində Milli Aerokosmik Agentliyində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan baş direktor professor Natiq Cavadov ümummilli liderin həyat və yaradıcılığı haqqında ərtaflı məlumat verdi və Milli Aerokosmik Agentliyinin yaradılmasında onun xüsusi rolunu qeyd etdi. Daha sonra Ulu öndərin unudulmaz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Professor Natiq Cavadov Heydər Əliyevin layiqli davamçısı olan Ali baş komandan, cənab İlham Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində işğaldan azad olunan torpaqlarımızdan gedən 44 günlük vətən müharibəsindən söz açdı. MAKA-nın baş direktorunun 1-ci müavini, professor Tofiq Süleymanov dahi rəhbərin MAKA-nın yaranmasında rolu olan akademik Tofiq İsmayılova böyük dəstəyindən söz açdı. Tədbirdə həmçinin Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunun direktor müavini Elçin Mustafayev də çıxış edərək Ulu öndər haqqında öz düşüncələrini bölüşdü. Daha sonra baş direktorun rejim və təhlükəsizlik üzrə müavini Nazim Əliyev də çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanı dünya ölkələri sırasında öncül bir ölkəyə çevirdiyini xüsusilə vurğuladı. Daha sonra, Ulu öndərin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Müdafiə Sənayesi Nazirliyi və təşkilatlarının iştirakı ilə keçirilən idman yarışlarında şahmat, dama və nərd oyunları üzrə 1-ci yerin qalibi Elçin Mustafayev, dama oyunu üzrə 3-cü yerin qalibi Natiq Məmmədov müəssisənin baş direktoru tərəfindən mükafatlandırıldılar.
Share: