MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ BİRLƏŞMİŞ ELMİ-TEXNİKİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

1036
0
Share:
10 iyun 2022-ci il tarixində Milli Aerokosmik Agentliyində Birləşmiş Elmi-Texniki Şuranın növbəti iclası keçirilmişdir. Tədbirdə Müdafiə Sənaye Naziri cənab Mədət Quliyev və MAKA-nın baş direktoru cənab Natiq Cavadovun müvafiq əmrlərinə uyğun olaraq Teknofest festivalında fəal iştirak edən 7 nəfər əməkdaşa fəxri fərman və pul mükafatı təqdim edilmişdir. Daha sonra iclasın gündəliyində yeni təsis olunmuş “Xüsusi texnika və texnologiyalar” jurnalının nəşrə hazırlıq vəziyyəti, rubrikaların və redaksiya heyətinin tərkibinin təsdiqi haqqında baş direktorun müavini Fuad Məmmədov və Ekologiya institutunun əməkdaşı Mehriban Zeynalova təqdimat şəklində çıxış etdilər.
Milli Aerokosmik Agentliyində doktorantura və dissertantura üzrə təhsil səviyyəsinin hazırlıq vəziyyəti və qarşıda duran vəzifələr barədə doktorantura və dissertantura üzrə baş mütəxəssis Amidə Əliyeva çıxış edərək ümumi məlumat verdi. O, bildirdi ki, bu il doktoranturaya qəbul üçün ümumilikdə 36 nəfər sənəd vermişdir, onlardan 34-ü fəlsəfə doktoru, 2-si isə elmlər doktoru proqramı üzrədir. 2022-ci ildə 2 doktorant təsdiq olunduqları ixtisasın dəyişdirilməsi üçün ərizə ilə müraiət etmiş və məsələ müzakirə olunaraq ixtisasların dəyişdirilməsi barədə qərar qəbul edilmişdir.İclasın sonunda isə müxtəlif cari məsələlər müzakirə edilmişdir.
Share: