“28 May Müstəqillik Günü” münasibətilə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri olan Milli Aerokosmik Agentliyi,Agentliyə tabe təşkilatlar-Təbii Ehtiyyatların Kosmik Tədqiqi İnstitutu,Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu,Ekologiya İnstitutu,Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosu,Nazirliyin Təhlükəsizlik və Mühafizə İdarəsi,Elmi-Tədqiqat İnstitutunun mini futbol komandaları arasında çempionat keçirilmişdir. 24-26 may 2022-ci il tarixlərdə keçirilən yarışın qalibi Milli Aerokosmik Agentliyin aparatının futbol komandası olmuşdur. 2-ci yeri Elmi-tədqiqat İnstitutunun komandası, 3-cü yeri isə Təhlükəsizlik və Mühafizə İdarəsinin komandası tutmuşdur. Bu münasibətlə, MAKA-nın baş direktoru professor Natiq Cavadov yarışın qaliblərini təbrik etmiş, onlara kubok, diplom və pul mükafatı verilmişdir.