MILLI AEROKOSMIK AGENTLIYI ƏMƏKDAŞLARININ ƏL IŞLƏRININ SƏRGISI KEÇIRILMIŞDIR

52
0
Share:
09.03.2022-ci il tarixində Milli Aerokosmik Agentliyi əməkdaşlarının əl işlərinin sərgisi keçirilmişdir. Sərgidə 11 əməkdaşımızın 100-dən çöx əl işləri nümayiş etdirildi. Bu tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizi təbliğ etmək, həvəskar sənətkarların, həvəskar insanların üzə çıxarılması, onların min bir əziyyətlə, gözlərinin nuru, əllərinin sehri ilə hazırladıqları əl işlərinin ictimaiyyətə çatdırılmasıdır. Belə tədbirlər bizim əl işi ilə məşğul olan həvəskar sənətkarlarımızı həvəsləndirməklə, onların yaradıcılıq potensialının inkişaf etdirilməsinə də müsbət təsir göstərəcəkdir. Sonra sərgidə iştirak edən əməkdaşlar “Təşəkkürnamə” ilə təltif olundular.
Share: