MILLI AEROKOSMIK AGENTLIKDƏ NÖVBƏTI ELMI SEMINAR KEÇIRILDI

51
0
Share:
15.03.2022 tarixində MAKA-da doktorant, dissertant və elmi fəaliyyət göstərən işçilərin elmi səviyyəsinin yüksəldilməsi, onların dissertasiya işlərinin ilkin müzakirəsi, seminarı və müdafiəsi zamanı edilən çıxışlara hazırlanması məqsədilə elmi seminar keçirilmişdir. MAKA-nın alim və mütəxəssislərinin iştirak etdiyi seminarda doktorant Türkan Məmişova “Azərbaycan Xəzər dənizi sahil zonası dinamikasının distansion metodlarla tədqiqi”,  Adışirin Fərzəliyev  isə “Pilotsuz uçuş aparatlarının hazırlanmasında yeni nəsil kompozit materialların tətbiqi” mövzusunda məruzə ilə çıxış etdilər. Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı. Elmi seminarın üzvləri çıxış edən iddiaçılara mövzu ilə bağlı suallar və tövsiyyələr verdilər. Qeyd edək ki, MAKA üzrə elmi seminarların ayda iki dəfə keçirilməsi nəzərdə tutulur.
Share: