20 noyabr 2021-ci il tarixində Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov və əməkdaşlar 20 noyabr 1991-ci ildə Qarabağda Ermənistan separatçıları tərəfindən vurulmuş helikopter qəzasında şəhid olmuş akademik Tofiq İsmayılovun məzarını ziyarət etdilər.
Ziyarət iştirakçıları mərhumun məzarı üzərinə əklil və gül dəstələri qoyduqdan sonra Akademik Tofiq İsmayılov haqqında professor Natiq Cavadov öz xatirələrini bölüşdü və onun Azərbaycan elmi və kosmik sənayesi üçün həyata keçirdiyi işlər barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, Milli Aerokosmik Agentliyi Ulu Öndər Heydər Əliyevin dəstəyi və təşəbbüsü ilə yaradılmış, akademik Tofiq İsmayılovun rəhbərliyi altında böyük nailiyyətlər qazanılmışdır. Bu gün də Milli Aerokosmik Agentliyi öz fəaliyyətini uğurla davam etdirir, kollektivimiz kosmik tədqiqatların əhatə məkanın genişləndirilməsi yolunda var gücü ilə çalışır.