MAKA-DA VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI NURLAN ZEYNALOVUN ANIM GÜNÜ KEÇİRİLMİŞDİR

928
0
Share:
Vətən Müharibəsi şəhidi, Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin(MAKA) əməkdaşı  Nurlan Rəfail oğlu Zeynalovun  09.11.2021-ci il tarixində MAKA-da anım günü keçirilmişdir.Anım günündə MAKA-nın baş direktoru professor Natiq Cavadovla birlikdə agentliyin kollektivi də iştirak etmiş və MAKA-nın ərazisindəki “Şəhidlərin xatirə abidəsi” önünə əklil qoyulmuşdur. Nurlan 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinin başlaması xəbərini eşidən kimi orduya yazılaraq könüllü şəkildə cəbhəyə yollanmış,baş leytenant kimi Gəncədəki hərbi hissələrdən birində rota komandiri təyin olunmuşdur.O, Füzuli uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, 9 noyabrda Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Nurlan Rəfail oğlu Zeynalov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Share: