MAKA-DA TƏLTIF ETMƏ ILƏ BAĞLI TƏDBIR KEÇIRILMIŞDIR

56
0
Share:
Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Prezidenti,akademik Hayrettin İvgin Azərbaycan Milli Aerokosmik Agentiliyinə səfər etmişdir. Səfər çərçivəsində Heyrəttin bəy MAKA-nın ərazisindəki şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə gül dəstəsi qoymuşdur. Sonra isə Agentliyin tərkibində fəaliyət göstərən akademik Tofiq İsmayılovun həyat və yaradıcılığına həsr olunmuş muzeydə olmuşdur. Eyni zamanda Agentliyin İnstitutları ilə tanış olmuş, onlarla əməkdaşlıq haqqında fikir mübadilələri aparmışdır. Səfər çərçivəsində Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə Müdafiə Sənayesi naziri cənab Mədət Quliyev, MAKA-nın baş direktoru professor Natiq Cavadov və baş direktorun birinci muavini professor Tofiq Suleymanov akademiyanın müxtəlif ali mükafatları ilə təltif olunmuşlar. O, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə Atatürk adına Beynəlxalq mükafatla və akademiyanın təqdimatı ilə Almaniyanın Hanover şəhərində fəaliyət göstərən Avropa Təbiət Elmlər Akademiyasının “Avropa Ali Xidmət”ordeni ilə təltif olunmuş Müdafiə Sənayesi naziri cənab Mədət Quliyevə mükafatları çatdırmaq üçün MAKA-nın baş direktoru, professor Natiq Cavadova təqdim etmişdir. Tədbirdə eyni zamanda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Atatürk mükafatı və Avropa Təbiət Elmlər Akademiyasının “Avropa Şərəf Ordeni” ilə təltif olunmuş MAKA-nın baş direktoru professor Natiq Cavadova, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi (akademik) uzvü diplomu və akademiyanın qızıl medalı ilə təltif olunmuş professor Tofiq Süleymanova mükafatlar təqdim edilmişdir. Tədbirdə MAKA-nın baş direktoru Natiq Cavadov çıxış edərək, hörmətli qonağa ziyarəti və MAKA-ya göstərdiyi diqqət və gələcək əməkdaşlıq planları üçün dərin təşəkkürünü bildirmiş, eyni zamanda 44 günlük savaş və savaş sonrası Türkiyə Cümhuriyyətinin qardaş Azərbaycan xalqına göstərdiyi böyük qayğıdan hər iki olkənin prezidentlərinin qarşılıqlı münasibətləri haqqında geniş fikir mübadilələri aparılmışdır.
Share: